Əlaqə Arxiv
news Image
2020.01.14
14:47
| A A A
Hindistan-Pakistan sərhədində qar uçqunu: 70-ə yaxın ölü var - YENİLƏNİB

Hindistan-Pakistan sərhədində baş vermiş qar uçqunları nəticəsində azı 67 nəfər həlak olub.

Mövqe.az  Trend-ə istinadən bildirir ki, hadisə iki ölkə arasında mübahisəli ərazi hesab olunan Kəşmir bölgəsində baş verib.

Qeyd olunur ki, 24 saat ərzində bir neçə uçqun baş verib. Pakistan ərazisində 57 nəfər həlak olub.

Hindistanda 10 nəfər, o cümlədən 5 hərbçi uçqunun qurbanı olub.

----------
13:42

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində qar uçqunu nəticəsində azı 16 nəfər həlak olub.

Mövqe.az oxu.az-a istinadən xəbər verir ki, Müzəffərabad şəhərinin rəhbəri İmtiaz Əhməd daha 10 nəfərin itkin düşdüyünü söyləyib. Həlak olan və itkin düşənlər arasında məktəblilər də var.

Şəhər rəsmisi qar uçqunu, torpaq sürüşməsi və leysan yağışları nəticəsində bina və həyət evlərinə ciddi ziyan dəydiyini bildirib.

Qeyd edək ki, təkcə ötən gün ölkəyə yağan güclü yağış və qar nəticəsində 26 nəfər həyatını itirib.

Sizin Reklam Yeriniz