Əlaqə Arxiv
news Image
2020.03.13
15:24
| A A A
Azərbaycanda hava dəyişəcək, temperatur 5-8 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, anomal isti hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.

Martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq, Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Sizin Reklam Yeriniz