Əlaqə Arxiv
news Image
2020.04.23
13:06
| A A A
Sabahın hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 24-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Mövqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.

Sizin Reklam Yeriniz