Əlaqə Arxiv
news Image
2017.01.08
13:23
| A A A
Sabah hava dumanlı, küləkli olacaq

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, bəzi yerlərdə duman, səhər çiskin olacaq.
 
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz  7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. 

Sizin Reklam Yeriniz