Əlaqə Arxiv
news Image
2017.01.09
12:48
| A A A
Sabahın havası - duman, çiskin, yağış

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz