news Image
2017.01.11
13:48
| A A A
Sabah yağış yağacaq, şimal küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs