Əlaqə Arxiv
news Image
2017.01.15
13:00
| A A A
Sabaha olan hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz