Əlaqə Arxiv
news Image
2017.01.27
14:55
| A A A
Sinoptiklərdən növbəti XƏBƏRDARLIQ

Sinoptiklər Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.

Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Sizin Reklam Yeriniz