Əlaqə Arxiv
news Image
2017.02.27
15:38
| A A A
Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.
 
Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.
 
Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. “Küləklər şəhəri” deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".

Sizin Reklam Yeriniz