Əlaqə Arxiv
news Image
2017.03.04
14:30
| A A A
SABAH - Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz