Əlaqə Arxiv
news Image
2017.03.06
12:17
| A A A
Sabah Azərbaycanda 17 dərəcəyədək isti olacaq

Bakı və Abşeron yarımadasında martın 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 55-60 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 
 
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz