Əlaqə Arxiv
news Image
2017.03.06
14:56
| A A A
“Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Movqe.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”.
G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir".
O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Sizin Reklam Yeriniz