Əlaqə Arxiv
news Image
2017.03.07
12:55
| A A A
Bayram günü 13 dərəcə isti olacaq
Azərbaycanda martın 8-ə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz