Əlaqə Arxiv
news Image
2017.04.10
13:26
| A A A
Şimşək çaxacaq, yağış yağacaq

Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
 
Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dənMovqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 12-17° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65%  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz