Əlaqə Arxiv
news Image
2017.04.19
13:11
| A A A
Hava dəyişkən buludlu, yağmursuz olacaq

Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 
 
Mülayim şimal küləyi əsəcək.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 9-11° isti, gündüz  20-22° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  755 mm civə sütunundan 762 mm civə sütununa  yüksələcək. 
 
Nisbi rütubət   gecə 75-85 %, gündüz   45-50 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

Sizin Reklam Yeriniz