news Image
2020.01.30
13:19
| A A A
İsrail elektrik stansiyasına qarşı kiberhücumun qarşısını alıb

"İsrail bir neçə ay bundan əvvəl xarici ölkələrdən birinin əsas elektrik stansiyasına qarşı təşil olunmuş kiberhücumun qarşısını alıb. Hücumun məqsədi stansiyanı işini iflic etmək və ələ keçirmək idi".

Mövqe.az xəbər verir ki, bunu İsrailin Energetika naziri Yuval Steinitz Təl-Əvivdə keçirilən "CyberTech Global 2020" konfransında deyib.

Bununla belə, nazir həmin ölkənin adını açıqlamayıb. 

"Nüvə reaktorlarına və elektrik stansiyalarına kiberhücumların nəticələrini təsəvvür belə edə bilmərik. Çox sadə səbəbə görə ən həssas sektor enerji sektorudur. Əgər kimsə müharibə yaxud münaqişə zamanı enerji sektorunu və su təchizatını iflic vəziyyətə salarsa bu, tamamailə fəlakət deməkdir",- deyə o, əlavə edib.

Xatırladaq ki, yanvarın 28-dən keçirilən "CyberTech Global 2020" sərgi-konfransına ümumilikdə 94 ölkədən 20 minə yaxın qonaq qatılıb.