Əlaqə Arxiv
news Image
2020.07.22
11:16
| A A A
Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlandı

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Prezident Administrasiyasının təsdiq etdiyi Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC milli mətbuatımızın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.

Bu barədə Mövqe.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.

Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5 000 ədəd tirajla Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində çap olunub. Eyni zamanda, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Sizin Reklam Yeriniz