Əlaqə Arxiv
news Image
2020.08.04
22:18
| A A A
“Space” TV cəzalandırıldı: Üç saat...
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. Mövqe.az xəbər verir ki, iclasda 20-31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 23 iyul 2020-ci il tarixdə "Space" televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Sizin Reklam Yeriniz