Əlaqə Arxiv
news Image
2020.08.07
14:41
| A A A
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC görkəmli qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.

Bu barədə Mövqe.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanmış markanın üzərində şairin qrafik portreti təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovun dizayn etdiyi markalar Belarusda 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb. 

Sizin Reklam Yeriniz