Əlaqə Arxiv
news Image
2017.05.03
10:53
| A A A
Ronaldodan növbəti rekordlar

Çempionlar Liqasının yarımfinalında "Atletico"nu qəbul edən "Real" Ronaldonun het-triki sayəsində inamlı qələbə qazanıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bununla da portuqaliyalı ulduz son 3 ÇL matçında 8-ci qolunu rəqibin qapısına vurub. Ronaldo bu turnirin pley-off mərhələsində ardıcıl 2 dəfə het-trik edən ilk futbolçu kimi tarixə düşüb. O, ÇL yarımfinallarında 13 qol vurmaqla bu baxımdan da rekord müəyyənləşdirib. Maraqlıdır ki, turnirdə qollarının sayını 103-ə çatdıran portuqaliyalı hücumçu "Atletico Madrid"i geridə qoyub. "Atletico" Çempionlar Liqasında indiyə qədər 100 dəfə fərqlənib. 

Sizin Reklam Yeriniz