news Image
2017.05.05
16:15
| A A A
Federasiya prezidenti: "Bu, Azərbaycanın nüfuzundan xəbər verir"

2017 İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz Azərbaycanın artan nüfuzundan xəbər verir. Üstəlik, Azərbaycanın daha etibarlı və təhlükəsiz bir ölkəyə çevrildiyini sübut edir.

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının vitse-prezidenti Ceyhun Əşrəfov qeyd edib. "Mayın 12-də bütün müsəlman ölkələrinin diqqəti Azərbaycanda olacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı gözlənilir.

Bu gün Azərbaycan nəinki qərb və s. ölkələrlə əməkdaşlığı var, eyni zamanda müsəlman ölkələri ilə sıx əməkdaşlıq strategiyası mövcuddur. Məqsədyönlü və uğurlu işlərin nəticəsi olaraq, Azərbaycan beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Oyunlar həm də müsəlman ölkələri arasında həmrəyliyi və vahidliyi gücləndirəcək. Bununla Azərbaycanın müsəlman ölkələrində mərkəz və birləşdirici funksiyasını uğurla yerinə yetirdiyini göstərir".

mənbə: milli.az