news Image
2017.05.05
17:11
| A A A
BNA İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslərə müraciət edib

IV İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir.

Bakı Nəqliyyat Agentliyindən  Movqe.az-a  verilən məlumata görə, bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimləri zamanı (müvafiq olaraq, 12 və 22 may tarixlərində) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılacaq. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 18:00-dan 20:30-dək davam edəcək.

Açılış və bağlanış mərasimlərini izləmək istəyən biletli əlil tamaşaçılar metronun Gənclik stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.

Məlumat üçün onu da qeyd edək ki, mayın 8-də keçiriləcək Sınaq Açılış mərasimi ilə əlaqədar H.Əliyev və Neftçilər prospektləri, eləcə də Y.Səfərov küçəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması şəhər sakinlərinin rahatlığı nəzərə alınmaqla təxirə salınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs