news Image
2017.05.08
12:25
| A A A
Bakı-2017: Mərakeş qalib gəldi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün futbol yarışlarına start verilib.

Movqe.az-ın məlumatına görə, millimizin də yer aldığı A qrupunda Səudiyyə Ərəbistanı və Mərakəş yığmaları qarşılaşıblar.

"AZAL Arena"da baş tutan oyunda mərakeşlilər minimal hesablı qələbə qazanıblar - 0:1.

Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da Azərbaycan - Kamerun oyunu keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs