Əlaqə Arxiv
news Image
2017.05.10
14:11
| A A A
FIG texniki nümayəndəsi: "Azərbaycan mənim favoritimdir"

Movqe.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının texniki nümayəndəsi Qabriela Souza Salvador deyib.

O qeyd edib ki, bədii gimnastikanın məhz Bakıdakı oyunlara salınması diqqətə layiqdir: "Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilməsi fərqli ölkələrdən olan gimnastlara yüksək səviyyədə mübarizə aparmasına və bu ölkələrdə gimnastikanın inkişafına imkan verəcək".

Onun fikrincə, yarışların favoriti azərbaycanlı gimnastlardır: "Medallar uğrunda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova mübarizə aparacaqlar. Favoritlər sırasında Özbəkistan və Türkiyəni də qeyd etmək olar. Mayın 19-u Budapeştdə başlayacaq bədii gimnastika üzrə Avropa çempionatına gəlincə, Marina Durunda, eləcə də Azərbaycanın qrup hərəkətləri üzrə komandası yüksək yerlər uğrunda mübarizə apara biləcək".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Sizin Reklam Yeriniz