news Image
2017.05.10
14:25
| A A A
Fərid Qayıbov: "Azərbaycan Gimnastika Federasiyası İslam oyunlarının keçirilməsinə tam hazırdır"

Movqe.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Federasiyanın baş katibi Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var.

O xatırladıb ki, ilin əvvəlindən etibarən Federasiya tərəfindən biri qitələrarası və ikisi beynəlxalq olmaqla, üç hakimlik kursu və kişi və qadın idman gimnastikası, batut və bədii gimnastika üzrə 3 Dünya Kuboku təşkil edilib. Bundan başqa, ötən həftə Azərbaycanda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının müşavirəsi keçirilib: "Şəxsən mən komandamızın işindən razıyam. Onlar hər şeyin yüksək səviyyədə olması üçün əllərindən gələni ediblər".

F.Qayıbov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları üçün Milli Gimnastika Arenasında avadanlıqların quraşdırılması aprelin sonunda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokundan dərhal sonra başlayıb. Onun sözlərinə görə, bu günədək arenadakı bütün hazırlıq işləri başa çatdırılıb.

O xatırladıb ki, bədii gimnastika IV İslam Həmrəyliyi Oyunların;n proqramına Azərbaycan təşkilat komitəsinin təklifindən sonra salınıb və bu il bu növ üzrə yarışlar ilk dəfə keçiriləcək. Nəticədə gimnastika yarışlarına 12 ölkədən idmançılar qatılıb.

Federasiyanın baş katibi bildirib ki, gimnastikanın növbəti İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi hər dəfə fərdi şəkildə müzakirə olunacaq. Eyni zamanda o qeyd edib ki, növbəti İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək ki, orada da gimnastika kifayət qədər populyardır: "Ona görə fikirləşirəm ki, ən azı gələn oyunlarda gimnastika proqrama daxil ediləcək".

Federasiyanın ilin sonunadək planlarından danışan F.Qayıbov qeyd edib ki, beynəlxalq təqvimin sıxlığı ilə əlaqədar bütün altı növ gimnastika üzrə daxili turnirlərin keçirilməsi gözlənilir. Bundan başqa, Federasiya payızda keçiriləcək gimnastika üzrə dünya çempionatlarına hazırlıqları davam etdirəcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs