Əlaqə Arxiv
news Image
2017.05.10
16:37
| A A A
İslamiada: 3 ölkə Bakıya gəlmədi
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.

 

İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.

Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq.

 

Sizin Reklam Yeriniz