Əlaqə Arxiv
news Image
2017.05.12
16:26
| A A A
Yığmamız İslamiadada çıxışını erkən tamamladı

Bu gün İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında təsəlliverici görüşlər keçirilib. 

Movqe.az goal.az-a istinadla bildirir ki, 5-ci yer uğrunda mübarizədə Azərbaycan və Mərakeş milliləri qarşılaşıblar.

Keçirdiyi 3 matçın 2-də məğlub olaraq mükafatlardan əlini üzmüş Hikmət Abdullayevin yetirmələri 31:25 hesabı ilə qalib gələrək 5-ci olub. Bununla da, yığmamız yarışda çıxışını vaxtından əvvəl bitirib.

Qadın həndbolçulardan ibarət komandamız isə yoluna davam edir. Millimiz sabah yarımfinalda Özbəkistanla üz-üzə gələcək.

Sizin Reklam Yeriniz