Əlaqə Arxiv
news Image
2017.05.12
22:05
| A A A
İslamiadanın açılış mərasiminə Azərbaycan bayrağı gətirilib - YENİLƏNİB

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirildiyi Bakı Olimpiya stadiona Azərbaycan bayrağı gətirilib.

Movqe.az-ın məlumatına görə, Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılıb, dövlət himni səsləndirilib.

Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstərilib. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olub və Azərbaycan sularını səhnədəki böyük mis siniyə töküblər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşüb

 

 

 

Sizin Reklam Yeriniz