news Image
2017.05.13
19:30
| A A A
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 50 kiloqramadək çəki dərəcəsində cüdoçuların mükafatlandırma mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, mükafatları Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təqdim edib.

Qızıl medalı Nəsrin Dusti (İran), gümüş medalı Serap Özçelik (Türkiyə), bürünc medalı Nuranə Əliyeva (Azərbaycan) əldə edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs