Əlaqə Arxiv
news Image
2017.05.13
20:42
| A A A
Rafael Ağayev İslamiadada Azərbaycana qızıl medal qazandırdı

 

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 75 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

Movqe.az-ın məlumatına görə, finalda Azərbaycan idmançısı Rafael Ağayev pakistanlı Qulam Sədi ilə qarşılaşıb.

5 qat dünya çempionumuz R.Ağayev rəqibinə göz açmağa imkan verməyib - 4:0.

Bu, karate yarışlarında Azərbaycanın ikinci qızıl medalıdır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.Trend

 

Sizin Reklam Yeriniz