Əlaqə Arxiv
news Image
2017.05.14
16:30
| A A A
Bakı-2017: Azərbaycan atıcısı ikinci qızıl medal qazana bilər

 

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları davam edir.

Trend-in məlumatına görə, 25 metrdən tapança ilə sürətli atəş açma üzrə təsnifat mərhələsi başa çatıb. Təmsilçimiz Ruslan Lunyov bütün rəqiblərindən üstün olaraq finala vəsiqə qazanıb - 572-21 xal.

Xatırladaq ki, Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı ötən gün kişilər arasında 25 m məsafədən tapança ilə atəş açmada hamıdan dəqiq olan R.Lunyov qazandırıb.

Bu gün daha bir atıcımız - Əli Hüseynli səngər stendi yarışında final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Sizin Reklam Yeriniz