Əlaqə Arxiv
news Image
2017.05.16
12:06
| A A A
Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəlib (FOTO)

Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.

Movqe.az-ın trend-ə istinadən  məlumatına görə, təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.

Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar.

Öz növbəsində, İslamiadada artıq iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib.

Daha bir təmsilçimiz Boris Kirillov isə 50 m arxa üstə üzmə yarışında yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Sizin Reklam Yeriniz