Əlaqə Arxiv
news Image
2017.05.17
13:51
| A A A
Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.

Üçüncü yeri İranın birinci komandası tutub.

Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Sizin Reklam Yeriniz