Əlaqə Arxiv
news Image
2017.05.19
14:23
| A A A
Ronaldo "qalisiyalılar"a "Barcelona" tərəfindən mükafat ayrıldığını göstərib - FOTO

İspaniya çempionatında 21-ci turdan təxirə salnımış oyunda "Celta"nın qonağı olan "Real Madrid" 4:1 hesabıyla qələbə qazanıb. "Barcelona" cəbhəsi bu oyunda Madrid klubunun xal itirəcəyinə ümid edirdi. Katalon nəşrləri "qalisiyalılar"ı dəstəkləyən başlıqlara yer vermişdilər. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Celta" ilə oyun zamanı Ronaldo da katalonların qələbə müqabilində qarşı tərəfə mükafat vəd etdiyini göstərməyə çalışıb. Epizodların birində portuqaliyalı ulduz Qustavo Kabrala içində pul olan çamadan jestini göstərib.

Qeyd edək ki, Ronaldo Viqo təmsilçisinin qapısına 2 qol vurmuşdu. Bu qələbə sayəsində "Real" ən yaxın izləyicisi "Barcelona"dan 3 xal önə keçib.

Sizin Reklam Yeriniz