news Image
2017.05.20
19:37
| A A A
Azərbaycan idmançıları atletika yarışlarında daha iki medal qazanıblar

Kişilər arasında T12 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçilərimiz - Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş, Oleq Panyutin isə 6,78 metrlə bürünc medala sahib olublar.

Movqe.az-ın məlumatına görə, yarışın qızıl medalını 7,12 metr göstərici ilə Özbəkistan təmsilçisi Doniyor Salıyev qazanıb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs