Əlaqə Arxiv
news Image
2017.05.22
14:06
| A A A
İslam Həmrəylik oyunlarında bütün yarışlar başa çatdı

Azərbaycanın uşu üzrə milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 171 medalla başa vurub.
Movqe.az-ın goal.az-a istinadən  məlumatına görə, medallardan 75-i qızıl, 50-si gümüş, 36-sı bürünc əyarlıdır. 
 
Bu nəticə ilə ölkəmiz medal əyarında birinci olub.
 
Son medallar uşu növündə əldə olunub. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub. Onlar gümüş medalla kifayətləniblər. Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Onlar finalda İran komandasına uduzublar.
 

Sizin Reklam Yeriniz