Əlaqə Arxiv
news Image
2017.05.23
07:00
| A A A
İdmana qayğı İslamiadada da uğurlu nəticələrə yol açdı
Aqil Acalov: “Cənab Prezidentin idmana göstərdiyi xüsusi diqqət nəticəsində bu gün Azərbaycan, xüsusi ilə də Bakı şəhəri dünyada idman mərkəzi kimi tanınmaqdadır” Qabil Hüseynli: “Qazanılan nailiyyətləri ölkəmiz üçün böyük uğurdur”

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi bəllidir. Azərbaycan əsas göstərici olan medal əyarında 75 qızıl, 50 gümüş, 37 bürünc medalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. 

Qeyd edək ki, “2015-Avropa Oyunları”nda da ölkəmiz xeyli sayda medal qazanmışdı. Bütün bunları isə Azərbaycanın idman ölkəsi olduğunun daha bir göstəricisidir. Azərbaycan Alpaqut Federasiyasının rəhbəri Aqil Acalov bildirdi ki, görülən bütün işlər, nəticələr Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiq edir: “Ümumiyyətlə, tək bu yarış yox, “2015-Avropa Oyunları”nın, qarşıdan gələn “Formula-1” kimi tədbirlərin burada keçirilməsi Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımında stabil ölkə olmasını nümayiş etdirir. Xüsusən də onu nəzərə alaq ki, bu gün müsəlman ölkələrinin heç də hamısında ictimai-siyasi vəziyyət sabit deyil. Məhz bu məsələyə görə də, Azərbaycan İslam ölkələri arasında birinci yeri tutur. 
Cənab Prezidentin idmana göstərdiyi xüsusi diqqət nəticəsində bu gün Azərbaycan, xüsusi ilə də Bakı şəhəri dünyada idman mərkəzi kimi tanınmaqdadır. Bundan başqa ölkəmizdə bir çox mədəni, siyasi, iqtisadi tədbirlər də keçirilməkdədir. Odur ki, bu gün Azərbaycanı idman ölkəsi olmaqla yanaşı, mədəniyyət mərkəzi də hesab etmək olar. Ölkəmiz böyük mədəni tədbirlərin mərkəzinə çevrilə bilib. İdman sahəsində isə “2015-Avropa Oyunları”nda, İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın əldə etdiyi nailiyyətlər Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etdiyini bir daha sübuta yetirir. İldən-ilə beynəlxalq arenalarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən idmançıların sayı artmaqdadır. İslam Həmrəyliyi Oyunlarında da idmançılarımızın yüksək nəticə göstərməsi, medal sayına görə ilk yeri tutması ölkəmizdə idmana göstərilən qayğının nəticəsidir”. 


Siyasi şərhçi Qabil Hüseynli qazanılan nailiyyətləri  ölkəmiz üçün böyük uğur hesab edir: “Azərbaycan “2015-Avropa Oyunları”nda da medalların sayına görə ilk yerlərdən birinni tutmuşdu. İndiki yarışda da ilk pilləni qazanmağımız onu göstərir ki, Azərbaycanda idman kütləvi xarakter daşıyır. Buna respublikanın müxtəlif rayonlarında tikilmiş olimpiya kompleksləri də təsir edir. Eyni zamanda artıq idmanın bütün növləri üzrə peşəkar idmançılarımız var. Yarışlarda onların 4-5 medal qazanması onu göstərir ki, Azərbaycanda idman sürətlə inkişaf edir və idman ölkəsinə çevrilə bilmişik. 
Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunlarının həm siyasi, həm də idman tərəfi var. Siyasi tərəfi odur ki, müsəlman ölkələri Azərbaycanda öz həmrəyliklərini bir daha nümayiş etdirdilər. İdman tərəfi isə odur ki, bu, müsəlman ölkələrində idmanın inkişaf etdirilməsi üçün növbəti mərhələ olacaq. Nəzərə alaq ki, burada ciddi rəqabət var idi. Hansı ki, bu rəqabət də mühiti idmanın inkişafı üçün böyük perspektivlər açır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz