Əlaqə Arxiv
news Image
2017.05.24
15:27
| A A A
İlqar Qurbanov karyerasını Türkiyədə davam etdirəcək

“Qarabağ” klubundan ayrılan futbolçu İlqar Qurbanovun “Qəbələ” komandasına keçidi baş tutmayıb. 

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu barədə “Report”a “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir: “İlqar Qurbanovun “Qəbələ”yə keçidi gündəmimizdə idi. Lakin o, karyerasını Türkiyədə davam etdirmək istədiyi üçün komandamıza transferi baş tutmadı”.

Qeyd edək ki, Türkiyənin “Fenerbahçe” klubunun yetirməsi olan İlqar Qurbanovun peşəkar futbolçu kimi müqavilə bağladığı ilk klub "Xəzər Lənkəran” olub. O, karyerası ərzində “Olimpik-Şüvəlan”, eləcə də Türkiyənin “Sivasspor”, “Boluspor” və “Mesin İdman Yurdu” klublarının formasını geyinib. Azərbaycan milli komandasının sabiq üzvü 2011-ci ildən “Qarabağ”da çıxış edirdi. 

Sizin Reklam Yeriniz