news Image
2017.05.26
13:58
| A A A
"Kəpəz"də 3 ayrılıq

“Kəpəz” üç futbolçu ilə yollarını ayırıb.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş legionerlərdən üçü ilə başa çatmış müqaviləni uzatmayıb.

Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.

Onlardan başqa, müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdı. Buna görə də yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs