news Image
2017.06.19
11:34
| A A A
PSG Ronaldo üçün hərəkətə keçdi

PSG son günlər "Real"dan getmək istədiyi deyilən Kriştiano Ronaldonu ələ keçirmək pul xərcləməkdən çəkinmir.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Paris klubu ulduz futbolçunu 150 milyon avroya transfer edib ona  illik 30 milyon avro məvacib ödəməyə hazırdır. Bu barədə klubun prezidenti Naser Əl-Xəlaifi Ronaldonun agenti Jorje Mendeşə məlumat verib. Qətərli funksionerlə Mendeş arasında görüş iyunun 3-də Kardifdə baş tutub.

Qeyd edək ki, Ronaldo PSG ilə yanaşı "Manchester United", "Monaco" və Çin klublarından birinin transfer siyahısında yer alır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs