Əlaqə Arxiv
news Image
2017.06.23
11:26
| A A A
Formula 1 Azərbaycan Qran-prisi start götürəcək

Bu gün formula 1 üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Movqe.az xəbər verir ki, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq.

İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Saat 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. 

Sizin Reklam Yeriniz