Çempionlar Liqasında II təsnifat mərhələsinin 7 cavab oyunu baş tutub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, oyunların cəmi 1-də meydan sahibləri qalib gəlib. "Vardar" Çempionlar Liqasının qrup mərhələsində oynamış "Malmö" klubunu məğlub edərək mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
18 iyul
18:00. "Astana” (Qazaxıstan) - "Spartaks” (Latviya) - 1:1
Qollar: Patrik Tvumasi, 59 - Edqar Vardanyan, 72
İlk oyun - 1:0
20:00. "Vardar” (Makedoniya) - "Malmö” (İsveç) - 3:1
Qollar: Boban Qrnçarov, 56. Tiqran Barseqyan, 61. Boban Nikolov, 90+1 - Markus Rozenborq, 16-penalti ilə
Yerinə yetirilməyən penalti: Xuan Felipe, 61 ("Vardar")
İlk oyun - 1:1
20:00. "Alaskert” (Ermənistan) - BATE (Belarus) - 1:3
Qollar: Uroş Nenadoviç, 18 - Mixail Qordeyçuk, 23; 35. Maksim Volodko, 78
İlk oyun - 1:1
21:00. "Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerye, 22
İlk oyun - 0:5
22:00. "Vikingur” (Farer adaları) - "Hafnarfyordur” (İslandiya) - 0:2
Qollar: Stiven Lennon, 79-penalti ilə. Torarinn Valdimarsson, 90+1
Qırmızı vərəqələr: Andreas Olsen, 78; Vasile Angel, 90+3 (hər ikisi "Vikinqur")
İlk oyun - 1:1
22:00. TNS (Uels) - "Rijeka” (Xorvatiya) - 1:5
Qollar: Adrian Sisleviç, 69 - Florentin Matey, 41. Mario Qavranoviç, 54; 79. Aleksander Qordon, 61. Stefan Ristovski, 64
İlk oyun - 0:2
22:45. "Buducnost” (Monteneqro) - "Partizan” (Serbiya) - 0:0
İlk oyun - 0:2