Əlaqə Arxiv
news Image
2017.07.19
15:45
| A A A
"Sneyderi istədik, amma illik 5 milyon avro məvacib tələb etdi"

"Galatasaray"la yolları ayrılan Uesli Sneyderə Çexiyadan təklif gəlib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Sparta"nın baş məşqçisi Andrea Stramaççioni holland ulduza 4 illik müqavilə təklif edilməsi barədə danışıb.

"Sneyderi istədik, amma illik 5 milyon avro məvacib tələb etdi. Bunu qəbul edə bilməzdik. Oyun qurucusu kimi çıxış edəcək başqa futbolçularımız var. Rositskiyə də inanıram. Komandamıza çox fayda verə bilər" - italyan mütəxəsis deyib.

Praqa təmsilçisi "Galatasaray"ın bir futbolçusunu artıq transfer edib. 26 yaşlı Semih Kaya ötən günlərdə 2 milyon avro qarşılığında "Sparta"nın heyətinə qoşulmuşdu. Sneyderin isə növbəti dayanacağı İtaliya və ya Amerika ola bilər. Ona "Sampdoria" və MLs klubları iddia edir.

Sizin Reklam Yeriniz