Əlaqə Arxiv
news Image
2017.07.19
17:15
| A A A
"Neftçi" gürcüstanlı legionerlə yollarını ayırır

“Neftçi” vitse-kapitanı Georgi Navalovski ilə yollarını ayırır. Movqe.az goal.az-a istinadən xəbər verir ki, gürcüstanlı müdafiəçi özü ayrılmaq üçün klub rəhbərliyinə müraciət edib. Belə ki, Rusiya Premyer Liqa klubundan təklif alan Navalovski karyerasını orda davam etdirmək arzusundadı.

Futbolçunun xahişini nəzərə alan paytaxt təmsilçisi onunla bu ilin sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıqla xitam verməyi qərara alıb. 31 yaşlı futbolçu bu gün sonuncu dəfə “ağ-qara” formanı geyinəcək. Belə ki, “Şüvəlan”la yoxlama matçında meydana çıxacaq Navalovski ardından düşərgəni tərk edəcək və yeni komandası ilə danışıqları yekunlaşdırmaq üçün Rusiyaya yollanacaq. Navalovski “Neftçi”yə bu ilin əvvəlində Yunanıstan klubu “Veria”dan keçib.

Sizin Reklam Yeriniz