Əlaqə Arxiv
news Image
2017.07.20
16:58
| A A A
"Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"

"Borussia"nın direktoru Hans-Yoahim Vatzke komandanın əsas qol silahı Pyer-Emerik Obameyanqın heç yerə getmədiyini təsdiqləyib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 58 yaşlı funksioner "Milan"ın qabonlu forvarda açıq marağını da qınayıb.

"Onun agenti ilə danışıqları davam etdiririk. Aramızda hər zaman açıq münasibət olub. Heç bir anlaşılmazlıqdan söhbət gedə bilməz. Göstərdiyi nəticələrə görə Obameyanqa düzgün yanaşmışıq. Bəzən "Borussia" strategiyasını planlaşdırmalı olur. Başqa komandanın çalışdırıcısı: "Belə futbolçunui alsaydıq, yaxşı olardı" - deməməlidir. "Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir. Obameyanq "Milan"a qarşı oyunda komandasının çıxışından, yəqin ki, razı qaldı. Biz də onun "Borussia"nın bir hissəsi olduğuna görə məmnunuq".

Sizin Reklam Yeriniz