Əlaqə Arxiv
news Image
2017.07.25
13:15
| A A A
Ronaldo: "Neymar, Messi, Levandovski, Hiquain və digərləri arasında sağlam rəqabət var"

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo ulduz futbolçularla rəqabətdən motivasiya aldığını bildirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, portuqaliyalı ulduz bunu sağlam rəqabət adlandırıb.

"Məni yaxşı olmağa sövq edən bir futbolçunun adını çəkmək çətindir. Ən yaxşı olmaq üçün top-futbolçuların səviyyəsində qalmaq lazımdır. Hər kəs nəyə qadir olduğunu göstərmək istəyir. Özünü axmaq yerinə qoysan, digərləri səni ötüb keçəcək. Ulduz futbolçular arasında rəqabət gedir. Neymar, Messi, Levandovski, Hiquain və digərləri arasında. Bu, idmançılar arasında sağlam rəqabətdir. Biz ən yaxşı olmaq üçün mübarizə aparırıq. Məhz bu amil məni motivasiya edir. Hər il onlardan daha yaxşı olmağa çalışıram".

Sizin Reklam Yeriniz