Əlaqə Arxiv
news Image
2017.08.07
09:48
| A A A
"Kobenhavn"in oyununda kütləvi dava

Danimarka Super Liqasında  IV turun mərkəzi oyununda dava düşüb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Brondby"-"Kobenhavn" matçında qonaq komandanın fanatları ilə polislər və hakim-inspektor arasında qarşıdurma yaşanıb.

Çaxnaşma 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra yaşanıb. Həmin vaxt inspektorun başına zərbə endirilib. Meydana girən "Kobenhavn" azarkeşləri çətinliklə tribunaya qaytarılıb. Hadisə ilə əlaqədar 4 nəfər həbs olunub. 20 dəqiqəlik fasilədən sonra davam edən görüşdə nəticə dəyişməyib 1-0.

"Kobenhavn" klubu bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb. 

Qeyd edək ki, "Kobenhavn" Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Sizin Reklam Yeriniz