Əlaqə Arxiv
news Image
2017.08.08
14:45
| A A A
Skandinaviya Türk Federasiyasından “Qarabağ”klubuna dəstək

“Qarabağ” klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagendə yerli “Kopengahen” klubu ilə baş tutacaq oyuna soydaşlarımızın hazırlığı davam edir. 

Movqe.az xəbər verir ki, bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib. Diaspor fəalı Elnur Eltürkün sözlərinə görə, federasiya başqanı, yazar İlhan Esen “Qarabağ” klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib. 

“Doğma klubumuza dəstək üçün federasiya olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə meydana gedəcəyik. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü Türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, Türk dünyasının gerçək yurdudur. O səbəbdən də, “Qarabağ” klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda “Qarabağ”a dəstək verəcəyik”. 

Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmadıqlarını qeyd edib. “Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir”,-deyə İ.Esen bildirib.

Sizin Reklam Yeriniz