Əlaqə Arxiv
news Image
2017.08.09
15:48
| A A A
Millimizin sabiq üzvü qəzada həyatını itirdi

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.

Sizin Reklam Yeriniz