Əlaqə Arxiv
news Image
2017.08.11
13:12
| A A A
Arda Turan Türkiyə millisinə qayıtdığını rəsmən açıqladı

“Barcelona”nın futbolçusu Arda Turan yenidən Türkiyə millisində çıxış edəcəyini açıqlayıb.  

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “İnstaqram”dakı rəsmi səhifəsində bununla bağlı paylaşım edib. 

Arda bildirib ki, Kosova yığmasına qarşı rəsmi oyundan öncə yaşanan hadisələrə görə yığmadan ayrılmışdı. Lakin Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və millinin yeni baş məşqçisi Mirça Luçesku ondan bu qərarı yenidən nəzərdən keçirməyi istəyiblər. Turan bəyan edib ki, bundan sonra Luçesku uyğun gördüyü zaman yenidən qürurla millinin formasın geyməyə hazırdı: “Qarşıdakı 4 oyunluq çətin müddətdə və gələcəkdə istənilən şərtlər altında komanda yoldaşlarımın yanında olmaq istədiyimi ictimaiyyətə bəyan edirəm”. 

Sizin Reklam Yeriniz